1 19

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Explore Azerbaijan with IDEA” layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən “Azərbaycan təbiətinin izi ilə” adlı sərginin açılış mərasimində iştirak edib.

Globalinfo.az xəbər verir ki, sərgidə layihənin fotoqraf və videoqrafı Saleh Baxşiyev tərəfindən Azərbaycanın müxtəlif milli parklarında lentə alınan 30 fauna növünə aid fotoşəkillər nümayiş olunur. Təqdim edilən fauna növlərinin böyük hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi IDEA İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi və Bakı Zooloji Parkının tərəfdaşlığı ilə keçirilir. Bir ay davam edəcək sərgi çərçivəsində şəhər sakinləri və paytaxtın qonaqları Azərbaycanın zəngin biomüxtəlifliyini əks etdirən fotoşəkillərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə 2025-ci ildə fəaliyyətə başlayan “Explore Azerbaijan with IDEA” layihəsinin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, həmçinin ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazası formalaşdırmaqdır.

“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, həm də təbiətin qorunması və gələcək nəsillərə ötürülməsi üçün çağırışdır.

Azərbaycan təbiətinə məxsus eksklüziv foto və videoməzmunları layihənin rəsmi sosial media səhifələrindən izləmək mümkündür.

● Instagram: https://www.instagram.com/explore.aze

● Facebook: https://www.facebook.com/explore.aze

● YouTube: https://www.youtube.com/@exploreazerbaijan.withidea

03fcd4f9 3f8b 4c95 9b9c a01bcf9e881c 6 3d0aa285 8fca 442e 8dfd 22ca14774fed 3 39e807f5 02ba 4927 99bb 309ec46e61c8 3 53d123ca 4d0c 4d18 9600 ac8cb2e44561 2 9735ac15 217f 4efd afee c17aa1a01c41 2

Paylaş: