Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə şərh verib.
Globalinfo.az xəbər verir ki, Medvedev bu barədə özünün teleqram kanalında paylaşım edib.
“Bu gün İrəvanda rus dilində əla danışan iki rusofob ingilis dilində zəif danışdılar”, – Medvedev yazıb.
O əlavə edib ki, bütün bunların lentə alınması və Zelenski ilə Paşinyanın daha sonra onlara tanış, möhtəşəm və güclü rus dilində danışması olduqca mümkündür.
“Təkcə Tramp və Vensin cahillər üzərində ingilis dili imtahanından keçməsi çatışmır…”, – deyə Medvedev yekunlaşdırıb.
Tahir Turan
Globalinfo.az