kucuk ibo

90-cı illərin unudulmaz uşaq ulduzu “Küçük İbo” uzun illərdən sonra yenidən gündəmə gəlib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xeyli müddətdir ictimaiyyətin diqqətindən kənarda qalan müğənninin son günlər sosial şəbəkədə görüntüləri yayılıb.

42 yaşlı müğənninin görünüşü sosial şəbəkə istifadəçilərinin şərhlərinə səbəb olub. Paylaşılan görüntülərdə onun burnu və üz cizgilərindəki fərqlər nəzərə çarpır və bəzi istifadəçilər onun estetik əməliyyat keçirdiyini iddia edirlər.

Qeyd edək ki, musiqi dünyasına 12 yaşında başlayan “Küçük İbo” xüsusilə İbrahim Tatlısəsin proqramlarında ifa etdiyi türkülərlə tanınıb.

Screenshot 96
Screenshot 97
Screenshot 98
Screenshot 102
Screenshot 99

Paylaş: