1 1

“Əgər Tehrandan 400 kiloqramdan çox zənginləşdirilən uran çıxarılmasa, bu, strateji fiasko kimi qiymətləndirilə bilər. Bu halda İrana qarşı mümkün hərbi əməliyyat uğursuz sayılacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri öz hərbi mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, əsas məqsəd məhz İranın nüvə proqramı ilə bağlı konkret nəticələrin əldə olunmasıdır.

“Əgər nüvə sahəsində qarşıya qoyulan vəzifələr yerinə yetirilməsə, o zaman İranda etdiyimiz hər şey böyük uğursuzluq sayılacaq”, – deyə anonim mənbə bildirib.

Onun sözlərinə görə, əgər zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılması diplomatik yollarla mümkün olsa, bu halda İsrail öz məqsədinə çatmış hesab edilə bilər. Əks halda isə yeni hərbi əməliyyat ehtimalı gündəmdə qalacaq.

Beləliklə, bölgədə gərginliyin artdığı bir vaxtda əsas sual açıq qalır. Diplomatiya nəticə verəcək, yoxsa yeni hərbi ssenari qaçılmaz olacaq?

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: