IMG 1007

İzmirdə 23 yaşlı Xədicə Ö. estetik burun əməliyyatı üçün Çiğli rayonundakı özəl xəstəxanaya müraciət edib.

Globalinfo.az xəbər verir ki, əməliyyat zamanı halı pisləşən gənc qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti daha da ağırlaşdığından ertəsi gün İzmir Şəhər xəstəxanasına köçürülüb.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun əməliyyata gülərək getməsi, ardınca faciəvi xəbər gəlməsi Türkiyə mediasında və sosial şəbəkə seqmentində geniş işıqlandırılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: