Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilir. Rusiya Prezidenti Vladimir Putin Melikovun öz vəzifəsində fəaliyyətini başa çatdırdığını və başqa vəzifəyə keçdiyini açıqlayıb. Son zamanlarda Dağıstan rəhbərliyi ilə Kreml arasındakı münasibətlər fonunda bu vəzifə dəyişikliyi diqqət çəkir.
Putin Melikovun yerinə kimi gətirmək istəyir?
Globalinfo.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası Azərbaycanla həmsərhəddir:
“O cümlədən Dağıstanda kifayət qədər çox soydaşımız yaşayır. Azərbaycanın Rusiya ilə, xüsusən də Dağıstanla yaxşı münasibətləri mövcuddur. Qonşu rayonlar bir-biri ilə sıx təmasdadır.
Dağıstan Respublikasının rəhbərinin vəzifədən azad edilməsi birbaşa Rusiya prezidentinin səlahiyyətinə aid olan məsələdir. O, istənilən şəxsi vəzifədən azad edib yenisini təyin edə bilər.

Azad Məsiyev
Sergey Melikovun yerinə Dağıstan parlamentinin sədri Zaur Askenderov təklifi ilə Dağıstan Ali Məhkəməsinin sədri namizəd kimi irəli sürülüb. Bundan başqa, Rusiya Federasiyasının Uzaq Şərq federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin namizədliyi də təklif edilib. Hər iki namizəd Dağıstanın ali qanunverici orqanı tərəfindən Vladimir Putinə təqdim olunub. Son qərarı isə prezident özü verəcək. Bundan əlavə, başqa bir şəxsin seçilməsi də mümkündür.
Məsələ ondadır ki, Dağıstanda kimin rəhbər olmasından asılı olmayaraq, bu dəyişiklik Azərbaycanla münasibətlərə ciddi təsir etməyəcək. Tarixi və mədəni əlaqələr mövcuddur. Buna görə də ayrı-ayrı şəxslər bu münasibətləri müəyyən etmir”.
Turan Rzayev
Globalinfo.az