bl 1

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar.

Globalinfo.az xəbər verir ki, nümayəndə heyətinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, Memorialın bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edildiyi bildirilib.

    Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

    d 1112

    bl 2 bl 3 bl 4 bl 5 bl 6

    ***11:24

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

    Globalinfo.az xəbər verir ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edir.

    Səfər Xankəndi şəhərini, Xocalı, ŞuşaLaçın rayonlarını əhatə etməklə iki gün davam edəcək.

    İştirakçılar səfər müddətində bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.

    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

    dipl Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO

    Paylaş: