abbas1

Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyətə başladığı vaxtdan 35-dən çox beynəlxalq tədbir keçirib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu BTQ-in icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq forumunda bildirib.

“Biz 2023-cü ildən etibarən kolonial və neokolonial siyasətin nəticələrinə, hüquqi aspektlərə, insan hüquqlarının müdafiəsinə, yerli xalqların və etnik azlıqların hüquqlarına həsr olunmuş 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq etmişik”, – o qeyd edib.

A.Abbasovun sözlərinə görə, BTQ 2024-cü ildən beyin mərkəzi (think tank) funksiyasını da yerinə yetirir.

“Bu fəaliyyət çərçivəsində biz üç kitab nəşr etmişik və 40-dan çox hesabat hazırlamışıq. Bundan başqa, beynəlxalq təşkilatlar və müvafq institutları üçün nüfuzlu məruzələr hazırlayıb təqdim etmişik”, – o əlavə edib.

İcraçı direktor həmçinin vurğulayıb ki, BTQ indiyədək müstəmləkəçilik təzahürləri ilə üzləşən 9-dan çox xarici ərazilər, eləcə də neomüstəmləkə siyasətindən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq qurub.

Paylaş: