İran Rusiyanın ən varlı oliqarxlarından biri olan Aleksey Mordaşova məxsus yaxtanın Hörmüz boğazından keçməsinə icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “VesselFinder” və “MarineTraffic” gəmiizləmə xidmətləri məlumat yayıb.
Qeyd olunur ki, Hörmüz boğazı qlobal enerji və ticarət marşrutları baxımından strateji əhəmiyyət daşıyır və bu cür hərəkətlər beynəlxalq aləmdə diqqətlə izlənilir.
Xatırladaq ki, Hörmüz boğazı uzun müddətdir beynəlxalq ticarət üçün bağlanıb. Hazırda ərazidən keçidə icazə verilmir.
Tahir Turan
Globalinfo.az