Rusiyanın 61 min hərbçisi məhv edildi

Rusiyanın 61 min hərbçisi məhv edildi

Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiyanın 61 000 hərbçisini məhv edib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutkada 200 rusiyalı hərbçi zərərsizləşdirilib.

Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2435 tank, 5038 zirehli maşın, 1 414 artilleriya sistemi, 341 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1032 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3841 avtomobil və avtoçən, 132 xüsusi texnikadan ibarətdir.