Gəncədə sinif yoldaşı tərəfindən xəsarət yetirilən 9-cu sinif şagirdinin son durumu açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 30 aprel 2026-cı il tarixində saat 00:40 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Döş qəfəsinin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.