“Almaniyadakı ABŞ hərbi kontingenti azaldıla bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqton bu məsələni hazırda nəzərdən keçirir və qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp kansleri kəskin tənqid etmişdi. Almaniya Kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasını məqbul sayır. O, nədən danışdığını bilmir”, – deyə Ağ Ev rəhbəri bildirmişdi.
Safura Bənnayeva
Globalinfo.az