canavarlar

Ucar rayonunun Qazıyan kəndində canavarların yaşayış məntəqəsinə hücumu təsərrüfat sahiblərinə ciddi ziyan vurub. Hadisə gecə saatlarında kənd sakini Kifayət Babayevanın həyətyanı sahəsində baş verib. Nəzarətsiz qalan xırda buynuzlu heyvanlara hücum edən yırtıcılar 8 baş heyvanı tələf edib, 15-ni isə ağır yaralayıblar.

Globalinfo.az xəbər verir ki, təsərrüfat sahibinin sözlərinə görə, canavar sürüsü fermerə ümumilikdə 8 min manata yaxın maddi ziyan vurub. Sakinlər bildirirlər ki, son vaxtlar ərazidə yırtıcıların sayı kəskin artıb və onlar artıq təkcə gecə deyil, gündüz saatlarında da kənd ətrafında görünməyə başlayıblar. Hətta yırtıcıların ev itlərinə də hücum çəkdiyi, sakinlər arasında ciddi narahatlıq yaratdığı bildirilir.

Kənd sakinləri aidiyyəti qurumlardan təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və yırtıcılara qarşı mübarizədə köməklik göstərilməsini xahiş edirlər.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Paylaş: