Naxçıvanda daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.
Globalinfo.az Report-a istinadla xəbər verir ki, “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, Duzdağ massivində yerləşən 5 nömrəli duz mədənində texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri bərpa və gücləndirmə işləri həyata keçirilib.
Beləliklə, müəssisədə daş duzun çıxarılması, emalı və qablaşdırılması istiqamətində fəaliyyət bərpa olunub.