Çin lideri Si Szinpin növbəti beşillik müddətə Çin Sədri vəzifəsinə seçilib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (parlament) nümayəndələri Szinpinin üçüncü beşillik müddətə Çin Sədri seçilməsinə səs veriblər.
Səsvermədə 2 952 nəfər iştirak edib.