Böyük Britaniya Kralı III Çarlzın Vaşinqtona səfəri zamanı ABŞ Konqresində etdiyi çıxış diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, Britaniya Kralı beynəlxalq ictimaiyyəti Ukraynanı müdafiə etmək üçün Rusiya ilə mümkün müharibəyə hazır olmağa çağırıb.
Konqresmenlər Kralın çıxışını ayağa qalxaraq gurultulu alqışlarla qarşılayıblar. O, Britaniya və ABŞ-ın güclü müttəfiqlik əlaqələri olduğunu vurğulayıb.
III Çarlz həmçinin Böyük Britaniya və ABŞ-ın iki dünya müharibəsində, Soyuq Müharibə dövründə və Əfqanıstanda birlikdə vuruşduğunu xatırladıb.
Safura Bənnayeva
Globalinfo.az