tramp 2 900x506 1

“Ipsos” tərəfindən keçirilən sorğuya əsasən, ABŞ Prezidenti Donald Trampın reytinqi 34 faizə qədər geriləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Qeyd olunur ki, bu aşağı göstərici bir neçə amillə əlaqələndirilir.

Bunlar arasında xüsusilə İran ətrafında gərginliyin artması və ABŞ daxilində yaşayış xərclərinin yüksəlməsi əsas səbəblər kimi göstərilir.

Sorğunun nəticələri göstərir ki, iqtisadi çətinliklər və xarici siyasətdəki qeyri-müəyyənliklər seçicilərin mövqeyinə təsir edir. Analitiklər hesab edir ki, qarşıdakı dövrdə bu kimi faktorlar siyasi reytinqlərin formalaşmasında mühüm rol oynamağa davam edəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: