5a942112 3513 4df9 85a8 7aa396367077 1 scaled

Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarına gömrük baxışı ilə bağlı qaydalar dəyişir.

Globalinfo.az Trend-ə istinadla xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, artıq xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından keçiriləcək.

Paylaş: