Bəhreyndə İranla birlikdə terror hazırlamaqda ittiham olunan beş nəfərə ömürlük həbs cəzası verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, iki Əfqanıstan və üç Bəhreyn vətəndaşı təqsirli bilinərək məhkum edilib. Daha bir bəhreynli isə Ali Cinayət Məhkəməsi tərəfindən bəraət alıb. Onlar İrana yardım üçün “strateji əhəmiyyətli obyektləri” izləmək və fotoşəkillərini çəkməkdə ittiham olunublar.
Dövlət ittihamçısı bildirib ki, düşmən qüvvələrlə Bəhreynə qarşı yönələn əlaqə milli təhlükəsizliyə ciddi təhdid sayılan ən ağır cinayətlərdən biridir.
Xatırladaq ki, daha əvvəl Bəhreyn İranın düşmən fəaliyyətini dəstəkləyən 69 nəfəri vətəndaşlıqdan məhrum edib.
Əliyar Xəlil
Globalinfo.az