hizbullah 900x487 1

Livanın cənubunda əməliyyatlar zamanı “Hizbullah”ın infrastrukturu məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“91-ci diviziyanın rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar zamanı 1000-dən çox obyekt sıradan çıxarılıb.

Məhv edilən hədəflər arasında mina qurğuları ilə möhkəmləndirilmiş tikililər, silah anbarları və İsrail qüvvələrinə qarşı hücumlarda istifadə olunan müxtəlif obyektlər yer alıb”, – deyə bildirilib.

Eyni zamanda əməliyyatlar zamanı yüzlərlə silah aşkarlanıb.

Bunlar arasında avtomat silahlar, pulemyotlar, qumbaraatanlar, minalar, tank əleyhinə raketlər və müxtəlif döyüş sursatları olduğu qeyd edilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: