Ukrayna İsraili ciddi diplomatik böhranla hədələyib. Buna səbəb “Panoramıtıs” adlı yük gəmisinin Rusiyanın işğal etdiyi ərazilərdən alınan Ukrayna buğdasını daşımasıdır.
Globalinfo.az xəbər verir ki, ilk yük gəmisi artıq İsrail tərəfindən boşaldılıb.
Kiyevin etirazlarına baxmayaraq kinci gəmi isə Hayfa limanına yaxınlaşır. Bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid yüksək vəzifəli ukraynalı diplomatın sözlərinə istinadən bildirib.
Ukraynalı rəsmilər xəbərdarlıq ediblər ki, əgər gəmi İsrailin Hayfa limanına daxil olub yükünü boşaltsa, bu, iki ölkə arasında münasibətlərdə ciddi böhranla nəticələnəcək.
“Biz gəmini izləyirik. Əgər onun yan almasına və boşaldılmasına icazə verilsə, bunun nəticələri ikitərəfli münasibətlər baxımından kəskin olacaq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, İsrail daha əvvəl oxşar tələblərə məhəl qoymayaraq, bundan öncəki gəminin Hayfa limanında boşaldılmasına icazə verib. Ukrayna tərəfi bunu “vurulan şillə” kimi qiymətləndirir.
Əliyar Xəlil