Çexiya Azərbaycanın azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində iştirak edə bilər.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Çexiyanın Baş naziri Andrey Babiş APA-ya müsahibəsində deyib.
“Biz bu məsələni Prezidentinizlə müzakirə etdik və bu layihələrdə iştirak etməyə hazırıq. Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik”, – o qeyd edib.