Rusiyanın Əməkdar artisti Lev Şimelov 96 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
O, aprelin 24-ü xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, rejissor, aktyor Lev Şimelov 1930-cu ildə Bakıda anadan olub. O, müəyyən müddət ölkəmizdə fəaliyyət göstərib, daha sonra Moskvaya köçüb.
Şimelov məşhur sovet cizgi filmi “Plastilin qarğa”nı səsləndirən sənətçilərdən olub.