1777225873811591 1ngitdq9

Kolumbiyanın Kauka əyalətindəki Panamerika şosesində partlayış nəticəsində həyatını itirənlərin sayı 20 nəfərə yüksəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman məlumat yayıb.

Həlak olanların 15-i qadın, 5 kişidir, 36 nəfər isə yaralanıb.

Qusman qeyd edib ki, aprelin 25-də baş verən hadisə son onilliklər ərzində regionda mülki əhaliyə qarşı törədilmiş ən amansız və qəddar hücum hesab olunur. Hakimiyyət orqanları həlak olanların xatirəsinə üç günlük matəm elan edib.

Paylaş: