Vaşinqtonda qəbulda atəş açan 31 yaşlı kaliforniyalı Koul Tomas Allen Tramp administrasiyasındakı vəzifəli şəxsləri hədəf alıb.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Todd Blanş deyib.
“Biz hələ də motivi müəyyən etməyə çalışırıq. İlkin istintaq şübhəlinin qəsdən administrasiya rəsmilərini hədəf aldığını göstərir”, – o bildirib.
Onun sözlərinə görə, araşdırmalardan sonra hədəfin kim olduğu açıqlanacaq.
Tahir Turan
Globalinfo.az