araqci livan

İranın xarici işlər naziri Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Omandan Pakistana uçub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Əraqçi Maskatda yüksək vəzifəli rəsmilərlə görüşləri başa çatdıqdan sonra İslamabada yola düşüb”, – məqalədə qeyd olunub.

Bildirilib ki, Əraqçinin Pakistana qayıtması ABŞ və İsrailin İrana qarşı əməliyyatı ilə bağlı sonrakı məsləhətləşmələrin aparılması və Tehranın mövqeyinin təsdiqlənməsi zərurəti ilə əlaqədardır.

Paylaş: