ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirin keçirildiyi “Vaşinqton Hilton” otelində 45 il əvvəl keçmiş prezident Ronald Reyqana da hücum edilib.
Globalinfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Sui-qəsd cəhdi 45 il əvvəl, 30 mart 1981-ci ildə baş verib. “Vaşinqton Hilton” otelində çıxışından sonra o vaxtkı ABŞ prezidenti Ronald Reyqan limuzininə gedərkən 25 yaşlı Con Hinkli adlı şəxs ona altı dəfə atəş açıb və nəticədə prezident Reyqan da daxil olmaqla dörd nəfər yaralanıb”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkə edib.