Paşinyan bu gün Bakını tənqid etməklə, əslində, Azərbaycanın gündəmini açıqladı.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
“Bakı və Xankəndi arasında mexanizm yaratmaqla Nikol Qarabağdan yekun olaraq əlini üzməyə və Xankəndini Azərbaycana buraxmaq istəyir. Biz indi bunu müşahidə edirik. Nikol Paşinyan özünün Brüssel ampluasını erməniyönlü lobbizminə transformasiya etmək istəmir. Bir sözlə, Paşinyan və Əliyev erməni xalqı üçün dördəlli “Rekviem” ifa etməyə davam edirlər”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az