kusner

ABŞ prezidenti Donald Tramp xüsusi elçi Uitkoff və kürəkəni Kuşnerin İran nümayəndələri ilə görüşmək üçün Pakistana gözlənilən səfərini ləğv edib.

Globalinfo.az xəbər verir ki, Amerika lideri bunu “Fox News” telekanalının jurnalisti Aişə Hasniyə açıqlamasında bildirib.

Jurnalist vurğulayıb ki, telefon danışığı zamanı Tramp ona Uitkoff və Kuşnerin Pakistana səfərini birtərəfli şəkildə ləğv etdiyini deyib.

“Bir müddət əvvəl onlar yola düşməyə hazırlaşarkən 18 saatlıq uçuşa ehtiyac olmadığını dedim. Bütün kartlar bizim əlimizdədir. İranlılar istədikləri zaman bizə zəng edə bilərlər. Amma boş şeylər haqqında danışmaq üçün 18 saatlıq uçuşla İslamabada getməyə ehtiyac yoxdur”, – Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: