Amerikalı jurnalist Taker Karlson Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarını şərh edib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, ABŞ hökuməti vətəndaşlarının maraqlarına uyğun hərəkət etmir.
“Mən Trampdan, bu müharibədən, İrana qarşı aparılan siyasətdən və ABŞ hökumətinin seçdiyi kursdan narazıyam. Özümü xəyanətə uğramış kimi hiss edirəm”, – deyə jurnalist əlavə edib.
Nəşr yazır ki, Karlson bir neçə ay ərzində ABŞ prezidentini Yaxın Şərqdə yeni hərbi münaqişəyə başlamaqdan çəkindirməyə çalışsa da, buna nail olmayıb. Qəzetin məlumatına görə, təxminən 10 il davam edən dostluq da bu prosesdə sona çatıb. Karlson ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixini Tramp ilə münasibətlərinin qırıldığı gün kimi təqdim edib.
Qeyd edək ki, Karlson əvvəllər Trampın fəal tərəfdarı olub və onu açıq şəkildə dəstəkləyib. O, həmçinin Trampın 20 yanvar 2025-ci ildə keçirilən andiçmə mərasimindən sonra da prezidentin siyasətini müdafiə edib. Lakin İrana qarşı hərbi əməliyyatların başlanmasından sonra Karlson prezidentin xarici siyasət kursunun kəskin tənqidçisinə çevrilib.
Əliyar Xəlil
Globalinfo.az