WhatsApp Image 2026 04 25 at 15.58.04

Qax rayonunda buraxılış imtahanında ən yüksək nəticəni şəhid övladı topladı.

Globalinfo.az xəbər verir ki, bu barədə Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi feysbuk hesabında paylaşım edib.

Bildirilib ki, XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayıb.

Məlumata görə, Sənan Məmmədzadə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.

Qeyd olunur ki, o, daha əvvəl IX sinif buraxılış imtahanında da 300 bal üzərindən 297,8 bal toplayaraq rayon birincisi olub.

Paylaş: