carlz

ABŞ-da Böyük Britaniya Kralı III Çarlzın səfəri ərəfəsində Britaniya və Avstraliya bayraqları dəyişik salınıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Vaşinqtonun nəqliyyat departamentinin rəsmisinə istinadən məlumat yayıb.

“III Çarlzın ABŞ-a səfəri ərəfəsində Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları asılıb”, – deyə agentlikdə bildirilib.

Məlumata görə, meydanda 15 Avstraliya bayrağı asılıb. Bir müddət sonra səhv aşkar edilib və bayraqlar dəyişdirilib. Ümumilikdə Britaniya kralının səfəri münasibətilə şəhərdə 230-dan çox bayraq yerləşdirilib.

Britaniya kralı və Kraliça Kamillanın ABŞ-a dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb.

Paylaş: