1745393382 pezeskian

İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.

    Pezeşkian bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.

    “Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, – İran Prezidenti qeyd edib.

    O əlavə edib ki, “hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir”.

    Paylaş: