y

Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, rayonun Yuxarı Qiyaməddinli kəndindəki yanğında ölən 2014-cü il təvəllüdlü İmaməddin Şirinov ev sahibinin baldızı oğlu imiş.

Azyaşlı eyni kənddən olsa da, təxminən 10 gün əvvəl qohumunun evinə gəlib, ev sahibi olan qadınla birlikdə yaşayırmış. Hadisə gecə saatlarında baş verib.

İlkin məlumata görə, gecə saatlarında qısaqapanma olub. Yanğın qısa müddətdə bütün evə yayılıb və qadın tək olduğundan azyaşlını xilas edə bilməyib.

Nəticədə İ.Şirinov yatdığı otaqda yanaraq ölüb.

***11:12

Xəbər verdiyimiz kimi, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində ev yanıb. 

Globalinfo.az bildirir ki, “Unikal”ın məlumatına görə, yanğın zamanı evdə olan 12 yaşlı Şirinov İmaməddin Ayaz oğlu həyatını itirib.

O, hadisə anında yatmış vəziyyətdə olduğundan evdə unudulub. Evdə olan nənəsi isə son anda xilas ola bilib. Sonradan İmaməddini xilas etmək səyləri uğursuz olub.

Yeniyetmə yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.

Yanğında ölən yeniyetmə evdə unudulubmuş - FOTO

Paylaş: