Ferid qayibov 413 900x586 1

Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.

Globalinfo.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Bundan əlavə, indiyədə qədər Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə Aparat rəhbəri təyin edilib.

X X X

“Pirallahı Gənclər Evi” sosial xidmət müəssisəsinə yeni direktor təyin olunub.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Qarazadə Arzu Mürsəl qızı təyin olunub.

1776932151931

Paylaş: