İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri ilə mülki danışıqçılar arasında fikir ayrılığı yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“İran daxilində danışıqlar aparanlar və hərbçilər arasında tam bir uçurum var və heç bir tərəf Ali Rəhbərlə görüşə bilmir. Müctəba Xamenei ümumiyyətlə, sorğulara cavab vermir”, – deyə qeyd edilib.
ABŞ rəsmilərinin fikrincə, fikir ayrılıqları əsasən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü ilə bağlıdır.
Safura Bənnayeva
Globalinfo.az