tramp 1

ABŞ Prezidenti Donald Tramp İrandan həbsdə olan qadınların azad olunmasını xahiş edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

    “Mənim nümayəndələrimlə tezliklə danışıqlar aparacaq İran liderlərinə xitab edirəm: Bu qadınları azadlığa buraxsanız, mən bunu çox yüksək qiymətləndirərdim.

    Əminəm ki, onlar sizin bunu etməyinizi çox ehtiramla qarşılayacaq.

    Xahiş edirəm, onlara ziyan verməyin. Bu danışıqlar üçün çox gözəl başlanğıc olar”, – Tramp qeyd edib.

    Paylaş: