Britaniya hökuməti məktəblərdə mobil telefon istifadəsinə qadağa qoymağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.
Bildirilib ki, artıq telefonlar söndürülməli və çantalarda olmalıdır:
“Hökumət məktəblərdə smartfon istifadəsini məhdudlaşdırmaq üçün qanunvericilik hazırlayır. Məlumata görə, bəzi məktəblər şkaflar və ya maqnitlə möhürlənmiş qutular kimi daha sərt tədbirləri nəzərdən keçirməyə hazırdır”.
Sözügedən qərarın İngiltərədəki məktəblərdə telefon istifadəsinə dair daha aydın və məcburi qaydalar gətirəcəyi gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az