Prezident Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri Ukraynaya hörmətsizlik etməkdə günahlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, telemarafonda çıxışı zamanı danışıb.
“Moskvaya gedib Kiyevə gəlməmək hörmətsizlikdir”, – deyə Zelenski bildirib.
O, Ukraynaya səfər etməyin çətinliklərini etiraf etsə də, digər siyasətçilərin Kiyevə gəliyini vurğulayıb:
“Bu, bizə yox, onlara lazımdır”.
Eyni zamanda, dövlət başçısı qeyd edib ki, onun üçün danışıqların yeri deyil, nəticəsi vacibdir.
Əliyar Xəlil
Globalinfo.az