Küveyt xam neft və neft məhsulları tədarükünə fors major elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik Küveytin “Küveyt Petroleum Corp” dövlət şirkətinin müştərilərinə göndərilən sənədlərinə istinad edir. Sənəd neftin çatdırılmamasına icazə verən müqavilə bəndi ilə bağlıdır.
“Bloomberg” yazır ki, Hörmüz boğazının blokadası müştərilər qarşısında öhdəliklərin yerinə yetirilməsini qeyri-mümkün edir. Lakin tədarükün tamamilə dayandırılması nəzərdən keçirilmir.
Əliyar Xəlil