“Biz boğaz vasitəsilə 1979-cu ildən ABŞ-la davam edən qarşıdurmada çəkdiyimiz müharibə xərclərini geri ala, hətta “Vədəye-Sadiq” əməliyyatlarında istifadə etdiyimiz raketlərin pulunu da onlardan tələb edə bilərik”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərliyinə bağlı olan “Kayhan” qəzeti məlumat verib.
“Bu müharibə göstərdi ki, İslam Respublikasının dördüncü gücü məhz bu boğazdır.
Halbuki boğaz min illərdir mövcuddur, sadəcə onun əhəmiyyətinə kifayət qədər diqqət yetirilməyib”, – deyə bildirilib.
Safura Bənnayeva
Globalinfo.az