Qazaxıstanın xalq yazıçısı, şair Muxtar Şaxanov vəfat edib.

Globalinfo.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Muxtar Şaxanov 1942-ci il iyulun 2-də Tülbek rayonunun Kaskasu kəndində anadan olub.

O, Parlament Məclisinin deputatı və Qazaxıstanın Qırğızıstandakı səfiri vəzifələrində çalışmış, uzun illər “Jalın” jurnalına rəhbərlik etmişdi.

Paylaş: