eliyev erdogan sherif

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin birlikdə əks olunduqları fotonu şərh edib.

Globalinfo.az xəbər verir ki, forumun yekunlarına dair mətbuat konfransında çıxış edən H.Fidan bunu qardaşlıq həmrəyliyi adlandırıb.

“Əslində bu, bütün dünyaya qardaşlıq həmrəyliyi mesajıdır. Türkiyə, AzərbaycanPakistan liderləri bir-biri üçün qardaşdan da yaxındırlar. Bu, eyni zamanda onların təmsil etdikləri dövlətlərin və xalqların ortaq duyğularının təzahürüdür”, – H.Fidan Antalya Diplomatiya Forumunda çəkilmiş fotonu belə dəyərləndirib.

Nazirin sözlərinə görə, üç lider arasındakı münasibətlər rəsmi protokol çərçivəsini xeyli aşır.

Paylaş: