Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib.
Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
***16:39
Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.
Globalinfo.az bildirir ki, V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
***13:25
Bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, iclas TDT-nin 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısında qəbul edilən “xarici işlər nazirlərinin daha tez-tez bir araya gəlməsi” qərarına uyğun olaraq təşkil olunacaq.
İclasda Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, Qəzza və İran kontekstində regional məsələlər, eləcə də Türkiyənin ilin ikinci yarısında üzərinə götürəcəyi TDT Dövr Sədrliyi prosesi müzakirə olunacaq.



