musfiq memmedov

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədovun vəzifəsindən azad olunmasının səbəbi məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

“Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov səhhətində yaranan vəziyyətlə əlaqədar öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılıb”, – sorğuya cavabda qeyd olunub.

***11:12

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Əmr imzalanıb.

İki il baş idarəyə rəhbərlik etmiş general Məmmədov təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Müşfiq Məmmədov daha əvvəl uzun müddət Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub.

Paylaş: