ayser 1

Aprelin 15-də Kahramanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Kahramanmaraş üzrə nümayəndəsi Ünal Ateş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb.

Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək.

Xatırladaq ki, Ayser Çalık məktəbinin 8-ci sinif şagirdi İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı hücum nəticəsində biri müəllim, 9-u şagird olmaqla 10 nəfər ölüb. İ.Mersinli daha sonra özünə atəş açaraq intihar edib.

Paylaş: