“Rusiya Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxmaq qərarına görə təəssüflənir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, bu barədə TASS agentliyinə açıqlamasında qısa şərh verməklə kifayətlənib.
Qeyd edək ki, bu ilin mart ayında Moldova parlamenti MDB-nin təsis müqaviləsini və təşkilatın nizamnaməsini ləğv edən qanun layihələrini təsdiqləyib.
15 apreldə Moldova xarici işlər naziri Mihai Popşoi ölkənin 2027-ci ilin yazında Müstəqil Dövlətlər Birliyindən rəsmi olaraq çıxacağını açıqlayıb.
Onun sözlərinə görə, Kişinyov artıq müvafiq bildirişi Minskdəki katibliyə göndərib və onun alındığı barədə təsdiq alıb.
Əliyar Xəlil
Globalinfo.az