Yens Stoltenberq

NATO növbəti on il ərzində mövcudluğunu dayandıra bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Alyansın keçmiş baş katibi və Norveçin maliyyə naziri Yens Stoltenberq deyib.

“NATO-nun əbədi mövcud olması təbiət qanunu deyil”, – deyə o bildirib.

Stoltenberq həmçinin xatırladıb ki, Prezident Donald Tramp ilk prezidentlik müddətində belə ABŞ-ı NATO-dan çıxarmaqla hədələmişdi.

“İndi o, bunu yenidən edir. Heç kim bunun nə qədər ehtimal olunduğunu deyə bilməz. Amma Trampın bu cür açıqlamalarına ciddi yanaşmalıyıq”, – deyə siyasətçi vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: