ABŞ danışıqlar uğurla başa çatacağı təqdirdə Livanın bərpasına yardım edəcək.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
O qeyd edib ki, bu, yalnız razılaşma qəbul olunarsa yerinə yetiriləcək.
“ABŞ Livanın bərpasına maliyyə yardımının edilməsi barədə qərar qəbul edib. Lakin bunun baş verməsi üçün tərəflər razılığa gəlməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Hizbullah Livan hərəkatı olsa da, İranla sıx əlaqələri var. Hərəkat Yaxın Şərq münaqişəsinin gərginləşməsindən qısa müddət sonra İsrailə hücum edib. İsrail buna Livanda hərbi əməliyyat başlatmaqla cavab verib.
Tahir Turan
Globalinfo.az