Bütün ölkələr ABŞ və İsraili İslam Respublikasına hücuma görə məsuliyyətə cəlb etməlidir.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünü sülhə və beynəlxalq təhlükəsizliyə qarşı “açıq-aşkar cinayət” adlandırıb.
Əraqçi bütün dövlətləri və BMT-ni təcavüzkarları məsuliyyətə cəlb etmək və məsul şəxsləri və törədilən cinayətləri təşkil edənləri cəzalandırmaq məsuliyyətini vurğulayıb.
Tahir Turan
Globalinfo.az